YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Konstitusiyamızda həmrəylik prinsipi üstün tutulur

“12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü xalqımızın həyatında əlamətdar hadisəsidir. Bu tarixi gün Ulu Öndər Heydər Əliyevin müvafiq Fərmanına əsasən 1996-cı ildən qeyd olunur”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib.

Asif Əsgərli deyib ki, konstitusiyamızda həmrəylik prinsipi müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır və siyasi, sosial-etnik maraqlardan üstün tutulur: “Azərbaycançılıq qayəsinin təməlində ədalətli və hamı üçün məqbul sayılan ictimai həyat normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün güvənc yeri sayması, doğma Vətəni qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla multikultural birgəyaşayış normalarının bərqərar olması və s. kimi tələblər dayanır. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyası haqqında deyib: “Azərbaycan Respublikası Konstitusiyasının xarakterik cəhətlərindən biri onun sabit olmasıdır. Bununla belə, cəmiyyətimizin sürətli inkişafı ölkənin əsas qanununun da təkmilləşdirilməsini şərtləndirmişdir. Belə ki, 2002-ci və 2009-cu illərdə keçirilmiş referendumlar, habelə qəbul edilmiş bir sıra konstitusiya qanunları vasitəsilə Konstitusiyaya insan hüquqlarının qorunmasının və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş mühüm dəyişiklik və əlavələr edilmişdir”. Ümumilikdə konstitusiyaya edilmiş əlavə və dəyişikliklər cəmiyyət üçün tayeyüklü olduğu qədər, mütərəqqi əhəmiyyət daşıyır”.

Politoloq bildirib zaman – zaman belə dəyişikliklərin baş verməsi təbii prosesdir: “Bu, cəmiyyətin daha da sivil, demokratik inkişafına şərait yaradır.

Ona görə də konstitusiyamızda dəyişikliyin reallaşması fərdi qaydada hər bir ölkə vətəndaşının, ümumilikdə isə cəmiyyətimizin yalnız inkişafına və mənafeyinə hesablanır. Bu dəyişikliyin reallaşması isə Azərbaycana daha işıqlı və firəvan həyat vəd edir”.