YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan öz iradəsindən asılı olmayaraq Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirəcək

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Vətən müharibəsi dövründə yaşadığımız növbəti tarixi günün ikinci ildönümüdür. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın “Twitter”-də paylaşdığı müjdəli xəbərlərin ardından noyabrın 9-dan 10-a keçən gecə növbəti tarixi bir hadisəyə şahidllik etdi.

Müzəffər Ali Baş Komandanın dəmir yumruğunun zərbəsindən tamamilə məhv olmuş düşmən təslim olaraq kapitulyasiya sənədini imzaladı. Bu sənəd 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat olaraq tarixi yaddaşımıza həkk olundu.

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən ordusunu canı-qanı bahasına darmadağın edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. İllərdir torpaqlarımızı işğal altında saxlayan düşmənın uydurma məğlubedilməzliyi Azərbaycan xalqının dönməz iradəsi qarşısında süquta uğradı.

Təbii ki, böyük Qələbənin əldə olunmasında döyüş meydanında ordumuzun məğrurluğundan əlavə xalqın arasında olan birlik xüsusi əhəmiyyətə malikdir. Müharibə dövründə Azərbaycan xalqı vətənimizə düşmən kəsilən bütün qüvvələrə qarşı mübarizədə Prezident İlham Əliyevin ətrafında bir yumruq tək birləşdi və Qələbənin əldə olunmasına nail oldu. Bu baxımdan, Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının başlıca səbəbidir.

İmzalanmış bəyanatın digər xüsusi önəmi ondan ibarətdir ki, düşmən öz məğlubiyyətini elan edərək, Ağdam, Laçın və Kəlbəcər rayonlarını qan tökülmədən geri qaytardı. Eyni zamanda Naxçıvanın Azərbaycanın əsasa hissəsi ilə quru yolu vasitəsilə birləşməsinə düşmən öhdəlik götürdü. Baxmayaraq ki, Ermənistan hər cəhdlə bu öhdəliyin yerinə yetirilməsini müxtəlif bəhanələrlə uzadır, Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti sayəsində qısa zaman kəsiyində düşmən öz iradəsindən asılı olmayaraq Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirəcək.  

DİGƏR Xəbərlər Arxiv