YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: 10 Noyabr Üçtərəfli Bəyanatı Azərbaycanın parlaq qələbəsinin diplomatik müstəvidəki davamı idi

“Azərbaycanın tam qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsinin hərbi mərhələsi 2020-ci il 10 Noyabr Üçtərəfli Bəyanatının imzalanması ilə yekunlaşdı. Şanlı Azərbaycan Ordusu İkinci Qarabağ Müharibəsində parlaq qələbə qazanaraq torpaqlarımızı  işğaldan azad etməklə yanaşı illərdir formalaşdırılmış erməni mifini cəmisi 44 günə yerlə yeksan etdi. 10 Noyabr Üçtərəfli Bəyanatın imzalanması rəsmi İrəvanın regionda sülhə və inkaşafa təhdid olan işğalçılıq siyasətinə son qoydu, Ermənistan dövlətinin və onun havadarlarının bütün planlarını alt-üst etdi və bununla da  regionda ölkəmizin maraqlarına cavab verən yeni reallıqlar formalaşdı. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində göstərdiyi birlik və həmrəylik ilə öz adını dünya tarixinə qızıl hərflərlə, qalib xalq olaraq həkk etdi.

Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, müdrik və milli maraqlarımızın ən yüksək səviyyədə təmin olunduğu siyasət nəticəsində ölkəmiz hərb meydanı ilə yanaşı diplomatik sahədə də qalib olaraq öz istəyinə nail oldu. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu 21-ci əsrin müharibəsini apararaq öz qüdrətini və gücünü dünyaya nümayiş etdirdi. Hazırda bütün dünya dövlətləri tərəfindən Azərbaycan Ordusunun İkinci Qarabağ Müharibəsində həyata keçirdiyi hərbi əməliyyatlar, texniki imkanlar və operativ addımlar öyrənilməkdədir.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki ,ölkəmiz, hər zaman olduğu kimi İkinci Qarabağ Müharibəsi zamanı da qardaş Türkiyənin açıq dəstəyini hiss etdi. Bu dəstək nəticəsində bir çoxlarının münaqişəyə müdaxilə cəhdləri təmamilə alt-üst oldu. Bütün bunlar Türkiyə Azərbaycan qardaşlığının dünyaya nümayişi olmaqla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın müdrik və uzaqgörən siyasətinin nəticəsidir: “Ümumilikdə ölkəmizin böyük siyasi, iqtisadi, diplomatik uğurlarının əks olunduğu 10 Noyabr Üçtərəfli Bəyanatı Azərbaycanın parlaq qələbəsinin diplomatik müstəvidəki davamı idi.”