YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Demokratikləşmə milli inkişafın vacib faktorudur

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan xalqının tarixi nailiyyəti olan dövlət müstəqilliyimizin bərpasından 31 ildən artıq vaxt keçir. Azərbaycanın bu gününü müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə tamamilə fərqli bir mənzərənin şahidi oluruq. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan inkişaf mərhələsi  bugünkü uğurlarımızın başlanğıcı oldu. Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq onun xilaskarlıq missiyası göz önünə gəlir. Ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində müstəqilliyimizin daimiliyi təmin edildi, Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl yaradıldı. Ümummilli Lider  ölkəmizin inkişafının çox möhkəm əsasını yaratdı. Bu inkişafın perspektivlərini işıqlandıran ideya və prinsipləri müəyyənləşdirdi.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra səsləndirdiyi mühüm çağırışlarından biri bu oldu ki, demokratiya strateji kursumuzun əsasını təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz.

Təbii ki, demokratiya  sabitliyin və qanunun aliliyinin hökm sürdüyü şəraitdə inkişaf edir ki, Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar göz qabağındadır.  12 noyabr 1995-ci ildə qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan milli Konstitusiyamız qəbul edildi. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olundu.

Göründüyü kimi, demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət  siyasətinin strateji prioritetinə çevrildi. Demokratiyanın vacib amillərindən biri kimi insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi.  Konstitusiyamız   insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və  inkişafına etibarlı  zəmin yaratdı. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev bildirir ki, biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində  yaşadığı və bütün azadlıqlardan  istifadə etdiyi cəmiyyət qururuq. İqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz: “İqtisadi cəhətdən güclü ola bilərsən, amma demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan hüquqları qorunmursa, uğur qazana bilməzsən.”

Demokratik prinsipləri bu gününün və gələcəyinin əsası kimi qəbul edən dövlətimizin 2001-ci ilin yanvarında dünyanın nüfuzlu təşkilatlarından olan, əsasən demokratik dəyərlərin inkişafı ilə məşğul olan    Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması bir daha təsdiqləyir ki, dövlət quruculuğunda nəinki tarixi və milli ənənələrimiz nəzərə alınır, həm də dünya təcrübəsindən istifadə edilir. Bu yeniliklərin qəbul olunan qanunlarda, Konstitusiyamızda da öz əksini tapması zamanın tələbinə çevrilib.  2009-cu ilin martında keçirilən referendumda  “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavəyə əsasən dövlətin məqsədi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, onları yüksək həyat şəraiti ilə təmin etməkdir.  Bütün hüquqlarımız dövlət tərəfindən qorunur. Vətəndaşların sərbəst toplaşmasını, seçki proseslərində sərbəst iştiraklarını təmin edən qanunvericilik bazası mövcuddur. Təbii ki, hüquqlarımızla yanaşı, vəzifələrimiz də var. Dövlət başçısı İlham Əliyev onu da bildirir ki, bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq eyni zamanda, qanun-qayda da var. Azərbaycanda Konstitusiyada  təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir: Heç kimə imkan verilməyəcək ki, qanunu pozsun. Heç kimə imkan verilməyəcək ki, hansısa müstəsna güzəştlərə malik olsun. Hamı necə, başqası da elə. Biz hüquqi dövlət qururuq. Qanunun aliliyi bizim üçün başlıca şərtdir və heç kimə, heç bir şəxsə, heç bir qüvvəyə imkan verilməyəcək ki, qayda-qanunu pozsun, qeyri-qanuni hərəkətlər etsin.”

Reallıq budur ki, iqtisadi inkişafı, demokratik dəyərlərə sadiqliyi ilə fərqlənən ölkəmizdə elə bir sahə yoxdur ki, orada hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün islahatlar aparılmasın. Hər Azərbaycan vətəndaşı Konstitusiyanın maddələrindən irəli gələn tələbləri yerinə yetirməli, əsas Qanunumuzun müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan sənəd olduğunu unutmamalıdır. Milli Konstitusiyamızın qəbulundan ötən 27 ildə qazanılan uğurlar qarşıdakı dövr üçün ölkəmizin qarşısında yeni imkanlar açır ki, bu da öz növbəsində əsas Qanunumuzda təkmilləşməni, yeniləşməni qaçılmaz edəcək. Qalib Azərbaycanın Konstitusiyası dayanıqlı inkişafın təmin olunmasında öz sözünü deyir və deyəcək.

DİGƏR Xəbərlər Arxiv