YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın rayon və şəhər təşkilatları ağacəkmə kampaniyası keçirib

Noyabrın 11-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 30 illiyi münasibətilə partiyanın rayon və şəhər təşkilatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli strukturları ilə birgə ağacəkmə kampaniyası keçirib.

Ağacəkmə kampaniyasında YAP-ın yerli təşkilatlarının rəhbərləri və ETSN-nin əməkdaşları, partiya fəalları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kampaniyada ümumilikdə 8 min nəfərə yaxın insan iştirak edib və 16 min 280 ədəd müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyi münasibətilə ağacəkmə kampaniyasının keçirilməsində məqsəd respublikamızda  meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması və bu istiqamətdə dövlət siyasətinə dəstək verilməsindən ibarətdir.