YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən dörd ayda əhalinin gəlirləri 4,4 faiz artıb

2015-ci ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 5,7 faiz artaraq 12,6 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 1333,0 manat təşkil edərək 4,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövr ərzində gəlirlərin 74,4 faizi son istehlak xərclərinə, 9,8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,1 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 13,7 faizi isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirləri 11,4 milyard manat təşkil edib və əvvəlki ilin eyni dövründəkindən 5,6 faiz çox olub.