YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyi münasibətilə YAP Nəsimi rayon təşkilatı “Nizami küçəsi 67” (“ABB” ASC) ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Təsis iclasında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov qarşıdan gələn 21 Noyabr - Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibəti ilə iştirakçıları təbrik edib. Bildirib ki, Yeni Azərbaycan Partiyası ovaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır.

Partiya üzvü, “ABB” ASC-nin Mərkəzi Aparatının rəhbəri Azər Qədirov Yeni Azərbaycan Partiyasının ölkə daxilində mövqelərinin çox möhkəm olduğunu vurğulayıb: “Partiya demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır”.

Sonra təşkilati məsələlərə baxılıb. Azər Qədirov “Nizami küçəsi 67” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Kamal İbrahimli isə sədr müavini seçilib.