Xəbərlər
Milli Məclisin deputatı Malik Həsənov şəhid ailələrini ziyarət edib

Milli Məclisin deputatı Malik Həsənov Cəlilabad rayonunda əhalinin problemlərinin öyrənilməsi və yerində həlli məqsədilə səyyar qəbul-görüşləri davam etdirir.
Noyabrın 11-də Milli Məclisin deputatı Malik Həsənov Cəlilabad şəhərində Vətən Müharibəsi şəhidləri Paşayev Mahir Bəxtiyar oğlunun, Əliyev Camal Mehman oğlunun, Səfərov Maarif Mikayıl oğlunun, Ağaquliyev Tofiq Rafiq oğlunun, Qasımzadə Hüseyn Həsənxan oğlunun, İşiyev Rəfail Əhmədağa oğlunun və Qasımov Mirağa Hafiz oğlunun ailələrini ziyarət edib, onların problemləri ilə maraqlanıb.
Şəhid ailələri tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll olunub, digər müraciətlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.