YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəhrəman Vətən övladlarına sonsuz ehtiram

Mingəçevirdə Vətən müharibəsi şəhidləri Orucov Tural Əmir oğlu, Həsənov Əzim Fikrət oğlu, Nəcəfli Oruc Rövşən oğlu, İsgəndərov Niyazi Şahvələd oğlunun xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini, qazi Pərviz Məmmədov şəhid ailələri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.