YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Azad olunmuş ərazilərdə bərpa işlərinin aparılmasına ən böyük maneə mina problemləridir

Bizim əsas prioritetimiz azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin davam etdirilməsi, keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz şəkildə geri dönüşünün təmin olunmasıdır.

Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirdə deyib.

"Azad olunmuş ərazilərdə bərpa işlərinin qısa müddətdə sürətlə aparılmasının şahidiyik. Bu işlərin görülməsinə ən böyük maneə mina problemləridir. Müharibənin başa çatmasından indiyədək 267 Azərbaycan vətəndaşı minaların qurbanı olub, 45 nəfər həyatını itirib”, - deyə nazir qeyd edib.