YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətimizin siyasəti İslam həmrəyliyinə kifayət qədər töhfələr verib

“Azərbaycanın Ərəb dövlətləri ilə diplomatik əlaqələri 90-cı illərdə qurulub. Bu gün Azərbaycanın Ərəb Dövlətləri Liqasına daxil olan ölkələrlə müxtəlif sahələrdə - təhsil, turizm, iqtisadi və mədəni istiqamətlərdə yüksək səviyyədə dostluq əlaqələri mövcuddur. Dövlətimiz İslam dünyasının əksər dövlətlər ilə yüksək səviyyədə əməkdaşlığını davam etdirir, ayrı-ayrı ölkələrlə siyasi, mədəni, iqtisadi, sosial və digər sahələrdə qurulan əlaqələri yeni mərhələyə daşıyır.” Bu sözləri Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.   

Müşfiq Cəfərov qeyd edib ki, Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında çıxışı zamanı Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünyanın heç zaman unutmamalı olduğunu vurğulayıb: “Ölkə başçısının qeyd etdiyi kimi Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparıb. Bu müharibə 1,5 milyon insanın həyatını itirməsilə nəticələnib. Eyni taleyi Azərbaycan xalqı da yaşayıb, firənglərin dəstəklədiyi başqa bir terrorçu dövlət Ermənistan Azərbaycan xalqına qarşı misli görülməmiş qırğınlar törədib. Əgər biz bu kimi insanlığa sığmayan hadisələri gələcəkdə yaşamaq istəmiriksə, bunun qarşısının alınması üçün əlimizdən gələni etməliyik. Dünyanın bütün nöqtələrində olan zülm və terrorlara qarşı çıxmalıyıq.”

Müşfiq Cəfərov bildirib ki, dövlət siyasətimiz İslam həmrəyliyinə kifayət qədər töhfələr  verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edib və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Bu idman tədbiri həmrəylik və dostluq bayramının rəmzi kimi simvolizə edilib. Bundan sonra da Ərəb dövlətləri ilə münasibətlər daha da inkişaf etdiriləcək.