YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Üçüncü tərəflərin təsiri ilə Ermənistanın destruktivlik nümayiş etdirməsi qəbuledilməzdir

Bölgədə yeni imkanların yarandığı, Azərbaycanın genişmiqyaslı quruculuq işləri həyata keçirdiyi bir dövrdə təxribatyönümlü hər hansı addımların atılması, hansısa üçüncü tərəflərin təsiri ilə Ermənistanın destruktivlik nümayiş etdirməsi yolverilməz və qəbuledilməzdir.

Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirdə deyib.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, Azərbaycan buna heç bir halda yol verməyəcək və təxribatların qarşısı qətiyyətlə alınacaq. “Ölkəmizin regiona baxışı məlumdur. Bu, beynəlxalq hüquq və normaları əsasında münasibətlərin normallaşdırılmasından ibarətdir", - deyə nazir əlavə edib.