YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkili standartlara son qoyulmalıdır

“İkinci Qarabağ müharibəsindəki parlaq qələbədən sonra Azərbaycan dünyada öz inkşafı ilə yanaşı nüfuzu günbəgün artmaqda olan qüdrətli, qalib ölkə kimi tanınır. Ölkəmiz dünya dövlətləri ilə mövcud əməkdaşlığı daha da inkşaf etdirir, yeni-yeni əlaqələr yaradır, dünya miqyaslı layihələrə ev sahibliyi edir, böyük enerji layihələri həyata keçirir. Eyni zamanda Azərbaycan, beynəlxalq təşkilatlar da yaxından və fəal əməkdaşlıq edir, sülhə və inkşafa hesablanmış təşəbbüslərlə çıxış edir. Ölkəmiz tərəfindən irəli sürülən bütün təşəbbüslər dünya ölkələri tərəfindən təqdir edilir və dəstəklənir. Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə ölçüb biçdiyi, müdrik, uzaqgörən xarici siyasətin nəticəsidir ki, bu gün dünya ölkələri Azərbaycanla əməkdaşlıq etməyə can atır və ölkəmiz tərəfindən həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlıdırlar.

Prezident İlham Əliyevin Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı, ölkəmizin dünya miqyasındakı nüfuzunun göstəricisi olmaqla yanaşı, eyni zamanda təşkilat ölkələri ilə mövcud olan əlaqələrin inkşafına böyük töhfə verəcək. Səfər çərçivəsində Prezident İlham Əliyev Əlcəzairdə “Şəhidlər abidəsi”-ni, “Milli Mücahid Muzeyi”-ni ziyarət edərək Əlcəzair xalqının Fransa müstəmləkəsinə qarşı apardığı mübarizə tarixinə aid geniş eksponadlarla tanış oldu.  Azərbaycan Lideri Fransanın müstəmləkəsi altında qalan Əlcəzairdə qətlə yetirilən 1 milyondan artıq yerli sakinin xairəsini yad edərək muzeyin Xatirə kitabına ürək sözlərini qeyd etdi. Prezident İlham Əliyevin Əlcəzairə səfəri Fransanın işğalçılıq siyasətinin növbəti sübutu oldu. Eyni zamanda bütün bunlar Fransanın özü kimi işğalçı olan Ermənistana dəstəyinin izahıdır.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, toplantıda Qoşulmama Hərəkatının sədri kimi iştirak edən Azərbaycan Prezident İlham Əliyevin çıxışı byük maraqla dinlənildi. Çıxışı zamanı Azərbaycanın təkbaşına BMT qətnamələrini icra etdiyini qeyd edən Prezident İlham Əliyev münaqişələrə yanaşmalarda ikili standarta son qoyulmalı və  işğalçını öz adı ilə çağrılmalı olduğunu xüsusi vurğuladı. Eyni zamanda cənab Prezident öz çıxışında Azərbaycanın İslam həmrəyliyi istiqamətində həyata keçirdiyi fəaliyyəti haqqında məlumat verdi: “Ümumilikdə Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin Əlcəzairə səfəri və səfər çərçivəsində Zirvə toplantısında iştirakı Azərbaycanla Ərəb Dövlətləri Liqası təşkilatına üzv olan ölkələr arasındakı əlaqələrin inkşafında xüsusi rol oynayacaq.”