YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri: Azərbaycan tərəfi sülhün təmin olunması üçün bir sıra müsbət addımlar atıb

Azərbaycan tərəfi sülhün təmin olunması üçün bir sıra müsbət birtərəfli addımlar atıb. Bu fəaliyyətlər hərbi əməliyyatlar başa çatmamış başlayıb.

Bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirdə söyləyib.

"Azərbaycan tərəfi 1700-dən çox erməni hərbçinin cəsədini qarşı tərəfə verib. Qarşı tərəf isə 30 il ərzində fərqli münasibət göstərirdi. Birinci Qarabağ müharibəsi dövründən 4 minə yaxın azərbaycanlının taleyi barədə bir xəbər verilməyib", - deyə C.Bayramov bildirib.