YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnamlı Qələbə və ədalətli müharibə

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Azərbaycanın tarixi torpağı olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayyətinin Ermənistana birləşdirilməsi məqsədilə başlanan və “Böyük Ermənistan” xülyasına realaşdırmağa hədəflənən mənfur erməni siaysəti xalqımız üçün olduqca ağır nəticələrə gətirib çıxardı. İlk öncə Ermənistan adlandırılan, əzəli Azərbaycanın tarixi torpaqları olmuş Qərbi Azərbaycandan və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayyətinin ərazisindən, daha sonra isə ətraf 7 rayondan soydaşlarımızın didərgin salınması və torpaqlarımızın hərb yolu ilə işğal edilməsi ilə nəticələndi. Minlərlə soydaşımız həyatını itirdi. Yaşayış məntəqələrimiz xarabazarlığa çevrildi. Mədəniyyət və tarixi abidələrimiz vandalizmə məruz qaldı. Dövlətə və əhaliyə milyonlarla ABŞ dolları məbləğində zərər vuruldu.

1993-cü ildə BMT-nin qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini qeyd-şərtsiz tərk etmələri haqqında 4 qətnaməsinə məhəl qoymayaraq, işğal etdikləri ərazilərdə mühəndis-istehkam qurğuları qurmaqla Azərbaycana  aşkar şəkildə meydan oxuyaraq yeni müharibə, yeni ərazilər şüarını səsləndirmələri Azərbaycana hərbi yolu seçməkdən başqa ikinci bir seçim imkanı qoymadı. Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin vasitəçiliyi ilə məsələnin sülh yolu ilə həl edilməsi istiqamətində davamlı iş apardı və görəndə ki, qeyd edilən həmsədr dövlətlərin məqsədi torpaqlarımızın işğaldan azad edilməsinə yardım etmək əvəzinə, Azərbaycan xalqını məğlubiyyətlə barışmaga razılaşdırmaqdır, həmin andan Prezident İlham Əliyev məsələnin hərbi-siyasi həll varantını müəyyənləşdirdi və bu yolla münaqişənin həllinə nail olmaq üçün zəruri olan bütün tədbirləri ardıcıl olaraq icra edilməsinə qərar verdi. Dünyanın böyük güc mərkəzlərinə arxalanan, dünya erməniliyini öz arxasına alan, Azərbaycanın ərazilərinin 20%-ni öz nəzarətində saxlayan və uzun illərdən bəri işğal etdiyi ərazilərdə keçilməz sədd yaratmış və kifayyət qədər silah-sursat və hərbi texnikaya sahib bir orduya qalib gəlmək üçün hərbi-siyasi həll variantını seçmək və belə bir müharibədə qalib gələcəyinə əmin olmaq ölkə rəhbərin üçün olduqca riskli bir qərar idi. Məsələnin mürəkkəb və məsuliyyətli olmasına rəğmən Prezident İlham Əliyev böyük qətiyyət göstərdi və bu yolla qələbəni təmin etmək üçün Azərbaycanın iqtisadi qüdrətini artıraraq, həmin iqtisadi imkanlardan güclü ordunun qurulmasına kifayyət qədər maliyyə resursu ayıraraq müasir hərbi texnikaya, mənəvi-fiziki hazırlıqlı canlı qüvvəyə sahib Azərbaycan Ordusunu qurdu, xalq-iqtidar birliyini formalaşdırdı və münasib mühitin yarandığı anda orduya irəli əmrini verdi. Hazırlıqlı Azərbaycan Silahlı Qüvvələri cəmi 44 günlük Vətən müharibəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi.

Qələbəni şərtləndirən əsas səbəblərdən biri də Azərbaycanın ədalətli müharibə aparması idi. Çünki işğal altında olan torpaqlar Azərbaycan torpaqları, evindən,  eşiyində didərgin salınan Azərbaycan vətandaşları, viranə qoyulan azərbaycanlıların yaşamış olduğu şəhər, qəsəbə və kəndlər olmuşdu.

Azərbaycan dövləti məsələni qan tökülmədən həl edilməsi yolunda nə mümkün idisə etdi. Nə ermənilər, nə də dünya erməniliyi bununla razılaşmadı. Belə olduğu halda Azərbaycan torpaqlarının azad edilməsinin yeganə həll yolunun  hərb yolu ilə azad edilməsi qaldı. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi, dəmir iradəsi, diplomatik məharəti, sərkərdəlik hünəri və xalqımızı öz ətrafında birləşdirərək ədalətli Vətən müharibəsini Qalibiyyətlə başa vurdu.

Qarabağ Azərbaycandır!