YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xaçmazda partiyanın 30 illik yubileyi təntənə ilə qeyd edilir

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının Xaçmaz şəhər Mərkəzi Kitabxana ərazi partiya təşkilatında partiyanın yaranmasının 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, Mərkəzi Kitabxana ərazi partiya təşkilatının sədri Elmira Bağırova və ərazi partiya təşkilatının nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan ərazi partiya təşkilatının sədri Elmira Bağırova qeyd edib ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 30 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib. Bu gün bu istiqamətdə əldə olunan nailiyyətlər Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin əzmkar fəaliyyəti ilə bağlıdır.

YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov bildirib ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirib ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır. Əlavə edilib ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Daha sonra çıxış edən edənlər Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, Xaçmaz şəhər Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova Yeni Azərbaycan Partiyasının ötən 30 il ərzində böyük inkişaf yolundan bəhs ediblər.

Çıxışlardan sonra məktəblilər Ulu Öndərə həsr edilmiş şeirlər səsləndiriblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.