YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbaildə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı “S.Y.Bakuvi.14” ünvanı üzrə ərazi partiya təşkilatında partiyanın təsis edilməsinin 30 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Veteranlar Şurasının üzvü, Auditorlar Palatasının sədri Vahid Novruzov, partiya üzvləri iştirak ediblər.

Tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının yaranması və qısa müddət ərzində ölkədə aparıcı siyasi qüvvəyə çevrilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu, 30 il ərzində partiyanın əldə etdiyi nailiyyətlər, ölkəmizin inkişafı və xalqımızın tərəqqisi üçün həyata keçirdiyi işlər barədə danışıb.

YAP Veteranlar Şurasının üzvü, professor Vahid Novruzov Yeni Azərbaycan Partiyasının Azərbaycanda gərgin, mürəkkəb, ağır bir dövrdə - 1992-ci il noyabrın 21-də yaranması və bu dövr ərzində böyük, uğurlu, şanlı yol keçməsi və Azərbaycanın ən böyük, aparıcı partiyası yerini tutmasından bəhs edib və geniş məruzə ilə çıxış edib. 

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.