YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə Yasamal rayonunda silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı “Ü.Hacıbəyov küç.80” (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatında partiyanın yaranmasının 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Kənd Təsərrüfatı nazirinin müavini, “Ü.Hacıbəyov küç.80”  ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sarvan Cəfərov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elnarə Mustafayeva və ərazi üzrə partiyanın üzvləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kənd Təsərrüfatı nazirinin müavini, “Ü.Hacıbəyov küç.80” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sarvan Cəfərov bildirib ki, bu gün ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən 30 il şərəfli yol keçən qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında 800 min üzvü birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, bu gün Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır: “Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”.

Çıxışlardan sonra təşkilati məsələrə baxılıb.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunan 55 nəfərə üzvlük vəsiqələri təqdim olunub.