YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ münaqişəsi artıq tarixdə qalıb

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Cari ilin oktyabr ayının 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş bir daha ölkəmizin Qarabağ məsələsindəki qəti mövqeyini ortaya qoydu.

İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik Qarabağ münaqişəsinə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mərhələli addımların atılması dövrüdür.
Azərbaycan Ermənistan ilə arasında münasibətlərin normallaşması  üçün 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.
Soçi görüşündə gündəlikdəki məsələlərin əhatə dairəsi kifayət qədər geniş olmuşdur.

Yekun sənəddə "Qarabağ" və ya "Dağlıq Qarabağ" terminin işlədilməməsini, Qarabağla bağlı bir sözün belə qeyd olunmamasını Prezident İlham Əliyevin üçtərəfli görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə səsləndirdiyi “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur” bəyanatının təzahürü kimi qəbul etmək olar.
Ölkə başçısı Soçi görüşündə növbəti dəfə qətiyyət nümayiş etdirərək, ölkənin milli maraqlarını güzəştə getməyəcəyini bir daha nümayiş etdirdi. Növbəti dəfə bəyan edildi ki, “Qarabağ bölgəsində yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik. Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi. İşğal dövründə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik”.