YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Soçi görüşü Azərbaycanın növbəti diplomatik uğurudur

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

2022-ci ilin oktyabrın 31-də Rusiyanın Soçi şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olu.

Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik xarici siyasətin əsasında ölkəmizin və xalqımızın maraqları dayanır. Biz həmin görüşdə qeyd edilənlərə bir daha şahid olduq. Görüş çərçivəsində çıxış edən Prezident İlham Əliyev tarixi həqiqətləri qeyd edərək, Azərbaycanla Ermənistan arasındakı normal münasibətlərin yaranması üçün Ermənistan tərəfinin üçtərəfli bəyanatın şərtlərinə əməl etməsinin vacibliyindən danışdı. Cənab Prezidentin fikirlərindən məlum olur ki, bütün dünya bilməlidir ki, Qarabağ məsələsi tamamilə həll olunub və bu tarixdir. Yəni Azərbaycan öz ərazi bütövlüyünü tamamlayıb və Qarabağ mövzusu heç zaman heç bir platformada  müzakirə oluna bilməz. Ermənistan baş naziri digər ikitərəfli və çoxtərəfli görüşlərdə hər vəchlə hiylələrə əl atmaq istəsə də yenə də onun mənfur ümidləri boşa çıxdı. Təbii ki, Ermənistan siyasi rəhbərliyi 2020-ci il 10 noyabr tarixində də üçtərəfli bəyanatı imzalamaq istəmirdi. Ancaq, Nikol Paşiniyan yaxşı başa düşdü ki, artıq Ermənistan ordusu münaqişə meydanında diz çöküb və Azərbaycan tarixi ədaləti bərpa edib. Bununla da Ermənistanın kapituliyasiya aktına imza ataraq, acı məğlubiyyətini rəsmiləşdirdi. Prezident İlham Əliyev bu gün bir daha xalqımızın maraqlarının təmin olunması üçün, Ermənistan baş nazirinin öhdəliyini yerinə yetirməsini tələb edir. Xüsusilə qeyd olunmalıdır ki, əgər Ermənistan tərəfi öz öhdəliyini anlayıb, bəyanatın şərtlərini yerinə yetirib, Azərbaycanın təqdim etdiyi beş təməl prinsipi icra edərsə bu zaman regiona əbədi sülh gələcək. Ermənsitan rəhbərliyi və xalqı həqiqəti qəbul etməlidir ki, Azərbaycan güclü dövlətdir, bizim üçün Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü əsas məsələdir və biz bunu 44 günlük Vətən müharibəsində də sübut etmişik. Qarabağda yaşayan azsaylı ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar bizim qanunlarımız altında yaşayacaqlar. Qarabağ əzəli Azərbaycan torpağıdır, oradakı etnik qrup bizim humanist siyasətimiz və ədalətli mövqeyimiz əsasında həmin ərazilərdə yaşayırlar. Ona görə də  bütün bunlar, Azərbaycanın təqdim etdiyi beş təməl prinsipinin şərtləri  tarixi həqiqətlədir. Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilmiş ikitərəfli görüşdə cənab Prezident bir daha bəyan etdi ki, Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür. Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır. Bəli, həqiqətən də Ermənistanın bir çıxış yolu vardı: Azərbaycanın tələblərini icra etmək, öz öhdəliyini layiqincə yerinə yetirmək və regionda Azərbaycanın qüdrətli dövlət olduğunu qəbul etmək Ermənistan üçün ən doğru seçimdir.

Ölkə Prezidenti, Partiyamızın Sədri İlham Əliyevin apardığı müdrik siyasət qarşısında aciz qalan Ermənistan siyasi rəhbərliyi onu da yaxşı bilir ki, Azərbaycanın atdığı addımlar beynəlxalq hüquqa tam uyğundur və heç bir ölkə bizim ədalətli tələblərimizə əks təsir göstərə bilməz!