YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ Azərbaycandır və nida!

Almaz Həşimova

YAP Füzuli rayon təşkilatının sədri

Soçi görüşü ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasətinin növbəti uğuru və məntiqi nəticəsi oldu. Əsasən, Azərbaycan Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı birmənalı şəkildə bəyan etdi ki, Qarabağla bağlı müzakirə olunası məsələ yoxdur. Ermənistanın baş naziri Nikol Paşinyan isə növbəti dəfə pozuculuq mövqeyindən çıxış etməyə cəhdlər göstərsə də onun bu cəhdləri ciddiyə alınmadı və rədd edildi. Əbəs deyil ki, üçtərəfli görüşün yekunlarına dair birgə bəyanatda Qarabağla bağlı məqam yer almadı, “status” mövzusu isə artıq mövcud deyil.

Beləliklə, Ermənistanın baş naziri ilə görüşdə “münaqişənin bitməsinin vacibliyindən” söz açan Vladimir Putinlə görüşdə Prezident İlham Əliyevin “Qarabağ münaqişəsi artıq tarixdir” deməsi, həm də Rusiyanın dövlət başçısının 2 il öncə səsləndirdiyi fikirlərin Paşinyana bir daha xatırlatması artıq bir reallığı ortaya qoyur – Qarabağ Azərbaycandır və nida!

Daha bir fakt budur ki, əsl dövlət adamları, gerçək liderlər üçün verilən söz həm etimad, həm də xarakter məsələsidir. Prezident İlham Əliyevin hazırkı dövrə qədər verdiyi bütün vədlərini yerinə yetirməsi və Paşinyandan da üçtərəfli bəyanata əsasən irəli sürülmüş bəndlər baxımından vədlərini yerinə yetirməli olduğunu tələb etməsi isə bir faktı isbat edir ki, Ermənistanın üçtərəfli sənədlərlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa alternativi yoxdur. Bununla yanaşı, başladılan proses dayanmamalı, sülh müqaviləsi üzərində aparılan işlər sürətləndirilməli və qısa zamanda başa çatdırılmalıdır. Dövlət başçımızın da əsas istiqaməti məhz bu yöndədir. Yalnız sülh sazişinin imzalanması Cənubi Qafqaz regionunda yeni reallıqları və uğurlu perpsektivləri müəyyən edəcək. Prezident İlham Əliyevin Soçi görüşündə əldə etdiyi növbəti diplomatik qələbəsi də məhz bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaradır.