YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın diplomatik üstünlüyü birmənalıdır

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Oktyabrın 31-də Rusiyanın Soçi şəhərində keçirilən həm ikitərəfli, həm də üçtərəfli görüşlərin nəticələri bir daha sübut edir ki, Azərbaycan milli maraqları Prezident İlham Əliyev üçün hər bir məsələdən öndədir. Ölkə başçısı Rusiya Prezidenti ilə görüş zamanı bildirdi ki, artıq Qarabağ münaqişəsi iki il bundan öncə başa çatıb və qarışda dayanan məsələ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün praktiki addımların atılmasıdır. Bu məsələdə isə Rusiyanın vasitəçiliyi, eləcə də keçirilən ikitərəfli görüşlər dinamikliyi kifayət qədər artırır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün ölkəmizin 5 prinsip irəli sürdüyünü diqqətə çatdıran Prezident cənab İlham Əliyev bu prinsiplərin beynəlxalq hüquqa əsaslandığını vurğuladı. Məhz bu prinsilər əsasında münasibətlərin normallaşdırlmasına nail olmaq mümkündür.

Soçidə keçirilmiş üçtərəfli görüşün sonunda imzalanmış Bəyanatın mətni ilə tanış olduqda da görünür ki, bu görüş də məhz Azərbaycanın diplomatik üstünlüyü şəraitində baş tutub. Ümumiyyətlə, Bəyanatda Qarabağ ifadəsi işlədilmir. Bu isə öz növbəsində bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycanın daxili işidir”, fikirləri rəsmi sənədlərdə də öz əksini tapır. Əsas istiqamət Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanmasına nail ola bilməkdir. Azərbaycan 30 il işğaldan əziyyət çəkməsinə rəğmən hər zaman sülh tərəfdarı olub və ölkəmiz bu gün də bu prinsipi əsas tutur. Ümumiyyətlə, ölkəmiz Cənubi Qafqaz regionunda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasında maraqlıdır. Soçi Bəyanatında yer alan əsas müddəalardan olan beynəlxalq hüquq və normalara sadiqlik prinsipləri də elə məhz Azərbaycanın əsas istəyidir. Bu prinsiplər bir daha təsdiq edir ki, bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edilməklə həll olunmalıdır. Bir sözlə, Cənubi Qafqaz regionunda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq yarada bilmək üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Azərbaycan qalib ölkə olaraq hərbi əməliyyatlar bitdikdən dərhal bu təşəbbüslə çıxış etmiş, hətta lazımi əməli addımlar da atmış, lakin Ermənistan heç də sülhdə maraqlı olmadığını dəfələrlə nümayiş etdirmişdir. Təbii ki, imzalanmış Soçi Bəyanatı bu istiqamətdə ciddi nəticələrə nail ola bilmək üçün əsas rolunu oynayacaq. Eyni zamanda, Rusiya da proseslərin inkişafına öz töhfəsini verəcəkdir. Belə ki, Bəyanata da əsasən Rusiyanın köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin və ekspert birliklərinin nümayəndələrinin və eləcə də dini liderlərin arasında dialoqu davam etdirmək, həmçinin, iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət ab-havanın formalaşdırılmasının vacibliyi qeyd olunur. Bir sözlə, Soçi görüşlərindən də bəlli oldu ki, proseslər ölkəmizin xeyrinə cərəyan edir və Azərbaycanın diplomatik üstünlüyü birmənalıdır.  

DİGƏR Xəbərlər Arxiv