YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda 8 noyabr - Zəfər Günü münasibətilə silsilə tədbirlər davam edir

Noyabr 2-də Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı Mədəniyyət şöbəsi ərazi partiya təşkiatında Vətən müharibəsində Qələbənin ikinci ildönümü və 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Qazax rayon Mədəniyyət evində keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin həmçinin ərazi bütövlüyümüzün təmin olunmasında, torpaqlarımızın işğaldan azad edilməsində canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev 2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsinin Şanlı Zəfərlə başa çatmasından, rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı işğaldan azad etməsindən, xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyulmasından, insanlarımızın doğma Qarabağımıza yenidən qovuşmasından ətraflı danışdı. Rayon təşkilatının sədri “Dəmir yumruq”, “Qisas”, “Qətiyyətli cavab” əməliyyatlarından da geniş bəhs etdi. A.Nəbiyev öz çıxışında üçrəngli bayrağımızın yenidən işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan Şuşada dalğalanmasını xüsusi vurğulayaraq, Qələbənin əldə olunmasında öz qəhrəmanlıqları, igidlikləri ilə əbədi olaraq yaddaşlara həkk olunmuş şəhidlərimizə rəhmət, qazilərimizə, veteranlarımıza can sağlığı dilədi.

Tədbirdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı Mədəniyyət şöbəsi ərazi partiya təşkiatının sədri Ramil Qurbanov, Mədəniyyət İşçiləri Həmkarlat İttifaqı Qazax rayon Komtəsinin sədri İsgəndər Qurbanov, Vətən müharibəsi qazisi Fərid Sanılı, Qazax Dövlət Dram Teatrının direktoru Saqif İsgəndərov, Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alışanova, Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax Mərkəzləşdirilmiş Kitabxana Sistemi direktorunun vəzifəsini müvəqqəti icra edən Fəridə Xuduyeva çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən, ordumuzun göstərdiyi qəhrəmanlıqlardan, xalq - ordu birliyidən, lider-xalq həmrəyliyindən, bu gün ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan ətraflı danışdılar. Natiqlər Vətən müharibəsində Qələbənin ikinci ildönümü və 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təbriklərini çatdırdılar.