YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Məşhur Məmmədov Masallıda səyyar qəbul keçirib

Milli Məclisin deputatı Məşhur Məmmədov Masallı rayonunda əhalinin problemlərinin öyrənilməsi və yerində həlli məqsədilə səyyar qəbul-görüşləri davam etdirir.

Növbəti görüş rayonun Çaxırlı kəndində keçirilib. Kənd sakinləri ilə keçirilən səyyar görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll olunub, digər müraciətlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Həmin gün Milli Məclisin deputatı Məşhur Məmmədov Banbaşı ərazi dairəsinin Binə Xocavar kənd qəbiristanlığında  Şəhid Nəzərov Elməddin İsmayıl oğlu və Şəhid Nuriyev Bəşir Nuru oğlunun məzarlarını ziyarət edib. Allah rəhmət eləsin!