YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın döyüş təcrübəsi dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edildiyi tarix- 8 noyabr ölkəmizdə Zəfər Günü kimi təsis edildi. Bu tarixi hadisə 30 illik işğal, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqlarını təhlil etməyə, qanları, canları ilə tarix yazan şəhidlərimizin həyat yolunun vətənpərvərlik məktəbi kimi öyrənilməsinə, dövlətimizin qətiyyətli mövqeyinin uğurlarının təhlilinə geniş imkanlar açır. Azərbaycan Vətən müharibəsinin getdiyi dövrlərdə təzyiqlərlə üzləşməsinə baxmayaraq bir addım da belə mövqeyindən geri çəkilmədi.  XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin  və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında, hətta, dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni” medallar təsis olunub. Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə ötən il sentyabrın 27-də Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin təməli qoyuldu. Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Şəhid ailələrinə və qazilərimizə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür.

Möhtəşəm Qələbəmizin əsasında Azərbaycanın bu illər ərzində qazandığı  uğurlarla bərabər, Prezident, Ali Baş Komandan İlham Əliyevin  rolu xüsusi vurğulanmalıdır. Məhz onun yüksək intellekti, Vətənimizə böyük uğurlar qazandıran dövlətçilik və idarəçilik məharəti bu Qələbənin əldə olunmasında mühüm rol oynadı. Dövlət başçısı 30-dan çox xarici kütləvi-informasiya vasitəsi nümayəndələrinin suallarını cavablandırdı, hətta bəzilərinin təxribat xarakterli sorğularını özünəməxsus məharətlə onların özünə qarşı suala çevirdi, bir çox hallarda güzgüyə baxmasını tövsiyə etdi. Bu müsahibələr yalnız həmin ölkələrin deyil, bütün dünyanın diqqətini məhz dövlət başçısının verdiyi məntiqli, mətanətli cavabları ilə özünə cəlb etmişdi.

Cənab İlham Əliyev bir çox təxribatçı sualları cavablandırarkən həmin jurnalistlərə onların ölkəsinin tarixini, həmin ölkələrdə həyata keçirilən daxili siyasəti hətta onların özündən yaxşı bildiyini də göstərdi. Ölkə Prezdentinin bu müsahibələri həm də Azərbaycanı yaxından tanımayanlarda ölkəmiz haqda obyektiv fikir formalaşdırdı, onların ölkəmizə münasibətini köklü şəkildə dəyişdi. Dövlət başçısının nüfuzlu xarici media orqanlarına verdiyi hər bir müsahibə yalnız bu gün üçün deyil, gələcəkdə istinad ediləcək bir mənbə rolunu oynayacağı şəksizdir. Müzəffər Ali Baş Komandan 10 noyabr qələbə müjdəsini xalqımıza çatdırarkən bildirmişdir: “Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə verməmişəm və bəziləri deyirlər ki, İlham Əliyev nə üçün müsahibə vermir. Hesab edirdim ki, mən öz mövqeyimi ifadə etmək üçün kifayət qədər imkanlara malikəm, tez-tez bütün məsələlərlə bağlı öz fikirlərimi bildirirəm. Mənim bütün fəaliyyətim şəffafdır, keçirdiyim bütün iclaslar ictimaiyyətə təqdim edilir. Lüzum bilmirdim onda. Amma lazım olan vaxtda 30-a yaxın müsahibə vermişəm və o müsahiblərdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında görülüb və bütün addımlarımız bu istiqamətdə atılıb. İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq. Düşmənin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq. Bax, bizim fərqimiz bundan ibarətdir.”

Tarixi Zəfərimiz dünənimizə baxış, qarşıdakı dövrün hədəflərinin təqdimatıdır. Hazırda işğaldan azad edilmiş ərazilərimiz genişmiqyaslı bərpa-quruculuq dövrünü  yaşayır.  Keçmiş məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaq, yeni həyat başlayacaq, Azərbaycan inkişaf modeli ilə dünyanı heyrətləndirəcək.