YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının ƏPT-lərində partiyanın yubiley tədbirləri davam etdirilir

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının ərazi partiya təşkilatlarında partiyanın təsis olunmasının 30-cu ildönümü münasibətilə tədbirlər davam etdirilir.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirlərdə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edən YAP Nizami rayon təşkilatının məsləhətçiləri Selcan Novruzova, Tünzalə Əliyeva, Aynur Abbasova və başqaları bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olub.

Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub. Vurğulanıb ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Əminliklə demək olar ki, Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Tədbirlərin sonunda partiya veteranları fəxri fərmanlarla təltif olunub, YAP-ın təsis olunmasının 30-cu ildönümü münasibətilə partiyaya qəbul olmaq istəyənlərin müraciətlərinə baxılıb.