YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Markov: Rusiya Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycanın irəli sürdüyü beş əsas prinsipi dəstəkləyir

Rusiya Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycanın irəli sürdüyü beş əsas prinsipi dəstəkləyir.

Bunu Siyasi Araşdırmalar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh müqaviləsinin 5 prinsip üzərində qurulmasını təklif edib. Politoloq xatırladıb ki, bu prinsiplər bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, ərazi iddialarının olmaması, bir-birinə qarşı güc və təhdidin tətbiq edilməməsi, sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlər və nəqliyyat kommunikasiyalarının açılması, habelə yenilərinin tikintisidir.

“Onlar Azərbaycan tərəfindən daha əvvəl irəli sürülüb. Rusiya bu 5 prinsipi dəstəkləyir”, - deyə S.Markov vurğulayıb.