YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Oktyabrın 31-də Astara şəhərində  44 günklük Vətən Müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucov və Alaşa kəndində Telman Nəhmətovun şəhadətlərinin 2- ci ildönümü mərasimi keçirilib.

Mərasimdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Rayon İcra Hakimiyyətinin şöbə müdiri Turan Həsənzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Emin Həmidli, YAP ƏPT sədrləri, partiya fəalları, Şəhidlərin valideyinləri, rayon ictimaiyyəti, şəhidin döyüş yoldaşları iştirak ediblər.

Mərasimdə şəhidin məzarı ziyarət edilib, önünə tər güllər düzülüb, ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla anılıb.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəhid ailələri və qazilərə olan böyük qayğısından danışıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, polkovnik-leytenant Nail Orucov Müzəffər Ali Baş Komandanın müvafiq əmri ilə şəhadətindən sonra "Azərbaycan Bayraq" Ordeni ilə təltif olunub.