YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda YAP-ın təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə növbəti tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı “Moskva pr.67” (“AzərSu” ASC) ünvanı üzrə ərazi partiya təşkilatında partiyanın təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elnarə Mustafayeva, “AzərSu” ASC-nin vitse-prezidenti Etibar Məmmədov, ərazi partiya təşkilatının sədri Günay Məmmədli və partiya üzvləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Moskva pr.67” (“AzərSu” ASC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Günay Məmmədli bildirib ki, 30 illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən Yeni Azərbaycan Partiyasına xalqımızın dəstəyi və məhəbbətinin əhəmiyyətli dərəcədə yüksək olması danılmazdır.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası xalqımızın milli maraqlarını ifadə edən avanqard siyasi qüvvəyə çevrilib.

“AzərSu” ASC-nin vitse-prezidenti Etibar Məmmədov Yeni Azərbaycan Partiyasının yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrildiyini deyib. Onun sözlərinə görə, bu hadisə ulu öndər Heydər Əliyev şəxsiyyətinə inamı ifadə etməklə yanaşı, eyni zamanda, partiyanın yaranmasında ifadə olunan tarixi zərurəti və partiyanın yaranması faktına tarixin özünün çox qısa bir zaman keçdikdən sonra haqq qazandırmasını əks etdirirdi.

Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri, ərazi partiya təşkilatının fəal üzvlərinə isə təşəkkürnamələr təqdim olunub.