YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda elmi-praktik konfrans keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatında partiyanın təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda gənclərlə elmi-praktik konfrans keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi bir zərurət, eyni zamanda, gənc dövlətimizin gələcək taleyi üçün dönüş nöqtəsi olduğunu vurğulayıb. Tural Qasımlı partiyanın yarandığı ilk gündən onun fəaliyyətində gənclərin rolunu xüsusi qeyd edib.

6 saylı ərazi partiya təşkilatının sədr müavini Aytac Hacıyeva və Şamaxı Dövlət Regional Kollecinin müəllimi Fərid Niftəliyev öz çıxışlarında partiyanın yaranma tarixindən, gənclərin partiyada fəal iştirakından danışıblar.

Sonda partiya sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim edilib.