YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın iqtisadiyyat naziri Qətərin ticarət və sənaye naziri ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qətərin ticarət və sənaye naziri Şeyx Məhəmməd bin Həməd bin Qassim Al Abdullah Al Tani və ölkə Əmirinin şəxsi nümayəndəsi Şeyx Casim bin Həməd Al Tani ilə görüşüb.

Bu barədə Mikayıl Cabbarov tviter səhifəsində paylaşım edib.

“Qətərin ticarət və sənaye naziri Şeyx Məhəmməd bin Həməd bin Qassim Al Abdullah Al Tani ilə iki ölkə arasında ticarətin genişləndirilməsi, investisiya, nəqliyyat, enerji, sənaye, kiçik və orta biznesin inkişafı istiqamətlərində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etdik”, -deyə nazir qeyd edib.

Eyni zamanda, ölkə Əmirinin şəxsi nümayəndəsi ilə görüşünə də toxunan M.Cabbarov orada Azərbaycan və Qətər arasında ikitərəfli əlaqələrin, iqtisadi münasibətlərin yüksələn xətt üzrə inkişafını diqqətə çatdırdığını, qarşılıqlı faydalı əməkdaşlıq, həmçinin investisiya-ticarət və digər sahələrdə əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadiləsi apardığını vurğulayıb.