YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə şəhidlərin məzarları ziyarət olunub

Gədəbəy rayonunda Vətən müharibəsi şəhidləri Müzəffərli Kənan Azər oğlunun, Mustafayev Elvin Qiyas oğlunun və Məmmədov Yasin İman oğlunun şəhadətlərinin ikinci ildönümü münasibətilə xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, təşkilat nümayəndələri, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri Çalburun kənd qəbiristanlığında şəhid Kənan Müzəffərlinin, şəhid Elvin Mustafayevin, Çanaqçı kənd qəbiristanlığında isə şəhid Yasin Məmmədovun məzarlarını ziyarət edib, üzərilərinə tər güllər düzüb, ruhlarına dualar oxuyublar.

Şəhidlərin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv