YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidi Şaiq Cavadzadənin xatirəsi anılıb

Ağsu rayonunda Vətən müharibəsində qəhrəmancasına şəhid olan Cavadzadə Şaiq Faiq oğlunun anım mərasimi keçirilib.

İldönümü mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının, Ağsu Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları, şəhidin yaxınları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları rayon Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək ruhuna dualar oxuyublar.

Çıxış edənlər şəhid Şaiq Cavadzadənin keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs ediblər.

Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Şaiq Cavadzadə 1995-ci il noyabrın 28-də Ağsu rayonu Ülgüc kəndində anadan olub. 2020-ci il oktyabrın 27-də Füzuli rayonu istiqamətində gedənlər döyüşlər zamanı şəhidlik məqamına ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.