YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan və Azərbaycan çox uğurla əməkdaşlıq edir

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfər edib.Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr rəsmən 1992-ci ildə yaradılsa da, bu əlaqələr Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından və Eduard Şevardnadzenin Gürcüstanda hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafına əhəmiyyətli təkan vermişdir. Xüsusi qeyd etmək lazımdır ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan bu dostluq əlaqələri keçən müddət ərzində bütün sahələr üzrə davam etdirilib və məhz Azərbaycan-Gürcüstan əməkdaşlığı sayəsində regionda qlobal əhəmiyyətli nəhəng layihələr gerçəkləşdirilib. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TAP, TANAP və s. kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr bu ölkələri bir-birinə strateji cəhətdən bağlayır. Eyni zamanda, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlar daxilində Gürcüstanla Azərbaycanın əməkdaşlığı ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Qeyd etmək lazımdır ki,Iki ölkə arasında münasibətlərin inkişafında dövlət və hökumət başçılarının sonrakı dövrdə qarşılıqlı səfərləri də mühüm rol oynayıb. Bu baxımdan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Prezident İlham Əliyevin Gürcüstana 24 oktyabr 2022 ci il tarixli işgüzar səfəri ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin inkişafı üçün yeni səhifə açdı. Dövlət başçısı İlham Əliyevin səfəri zamanı Gürcüstanın Baş Naziri İrakli Qaribaşvilinin ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin və strateji tərəfdaşlığın, o cümlədən qarşılıqlı əməkdaşlığımızın əhəmiyyəti barədə bildirib ki, “Azərbaycanla Gürcüstanın bu qədər yaxın olmasında Sizin töhfəniz çox böyükdür. Bizim ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Mən Sizin atanızdan, ölkənizin Ümummilli Liderindən sitat gətirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”.

Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Gürcüstanın bir-birini daim dəstəklədiyini qeyd edərək bildirib ki, “Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir, müntəzəm olaraq yüksək səviyyəli görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi daim dəstəkləyirik. Gürcüstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələləri ilə bağlı daim həmrəylik göstərir və bir-birini dəstəkləyir. Xalqlarımız əsrlər boyu bir-birinin yanında olmuşdur, bir yerdə olmuşdur. Biz həmişə dostluq, qardaşlıq şəraitində yaşamışıq. Bu gün də dostluq və qardaşlıq əlaqələrimiz bizim dövlətlərarası əlaqələrimiz üçün əsas amildir. Biz dövlətlərarası əlaqələri bu möhkəm təməl üzərində qururuq. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir. Prezident İlham Əliyev vurğulayıb ki,bizim Gürcüstanla dostluq və qardaşlıq münasibətlərimiz tranzit üçün imkanlar yaradır. Biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər çatdırmaq istəyirik. Artıq bütün göstərişlər verilib və vəsait də ayrılacaq. Ona görə Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır. Tranzit ölkə olmaq üçün qonşularla yaxşı münasibətlərin vacibliyini qeyd edən Dövlətimizin başçısı deyib ki, bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. Hazırda enerji resurslarına dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək”. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub və bu sərmayə qarşılıqlı, faydalı sərmayədir. Çünki hər iki tərəfin maraqlarına cavab verir.ikitərəfli formatda həyata keçirilən bir çox önəmli layihələr təkcə iki ölkə üçün deyil, bölgə üçün, bütün Avropa üçün xüsusi əhəmiyyət daşıyır.

Səfər çərçivəsində keçirilən görüşlərdə bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər müzakirələrin mərkəzində oldu. Bütün bunlar deməyə əsas verir ki, dost və qardaş ölkə olan Gürcüstana Azərbaycan Prezidentinin növbəti işgüzar səfəri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradacaq və ölkələrimizi birləşdirən mehriban qonşuluq və tarixi dostluq əlaqələri bundan sonra da yüksələn xətlə davam edəcəkdir.