YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri öz əhatə dairəsini getdikcə artırır

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Region ölkələrindəh biri kimi, bu gün Cənubi Qafqazda gedən proseslər, cərəyan edən hadisələr təbii ki, gürcüstan hökumətinin və gürcü xalqının da diqqət mərkəzindədir. Xüsusilə qeyd etmək lazımdır ki, regionda dinc, mehriban qonşuluq şəraitində yaşamaq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək prinsipləri həm Azərbaycanın, həm də Gürcüstanın yürütdükləri regional xarici siyasətin baza prinsipləri kimi təsbir olunur. Məhz ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da şaxələndirilməsi və dərinləşdirilməsi baxımından Azərbaycan Prezidenti İlham Əliyevin 24 oktyabr tarixində Gürcüstana işgüzar səfəri böyük önəm kəsb edir. Səfər çərçivəsində qonşu ölkənin Baş naziri ilə birgə keçirilmiş Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra möhtərəm dövlət başçımızın mətbuata bəyanatla etdiyi çıxışında da vurğulanır ki, bu gün bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrin mərkəzində yer alıb. Həmçinin Prezident İlham Əliyev bunu da qeyd etdi ki, iki ölkə arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. Dövlətlərarası əlaqələr də məhz bu möhkəm təməl üzərində qurulub.

Diqqətəlayiq haldır ki, Azərbaycan və Gürcüstan ənənəvi olaraq istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli formatda bir-birilərini daim dəstəkləyirlər. Ölkələrimiz arasında bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur və bu əsasda da strateji tərəfdaşlıq əlaqələri artıq müttəfiqlik səviyyəsinə yüksəlib. Artıq qeyd olunduğu kimi, Azərbaycan-Gürcüstan əlaqələri regional əhəmiyyət kəsb edən əməkdaşlıq formatıdır. Eyni zamanda da bir çox icra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün və bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. Lakin Azərbaycan hər zaman olduğu kimi yenə də humanizm mövqelərindən çıxış edərək Cənubi Qafqazda yaratdığı yeni reallıqların açdığı imkanlardan erməni xalqının da yararlanmasına şərait yaradacaq təklif və təşəbbüslərlə çıxış edir. Məhz bu məqsədlə də Azərbaycan Prezidenti bir daha öz bəyanatında Qarabağ münaqişəsi başa çatandan sonra Azərbaycan və Ermənistan arasında artıq sülh müqaviləsinin imzalasının vaxtı olduğunu qeyd etdi. Azərbaycan artıq beş əsas prinsipdən ibarət təkliflərini Ermənistan tərəfinə təqdim edib. Əgər prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün yeni, daha geniş imkanlar yaranacaq. Həmçinin Prezident İlham Əliyev bildirdi ki, əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa, ölkəmiz buna hazırdır. Yeri gəlməşkən Gürcüstanın Baş nazir İrakli Qaribaşvili da öz bəyanatında birmənalı olaraq vurğuladı ki, Azərbaycan Prezidentinin Cənubi Qafqazda yeni əməkdaşlıq formatının yaradılması barədə Praqada irəli sürdüyü təşəbbüs bu ölkədə ən yüksək səviyyədə dəstəklənir.

Prezident İlham Əliyevin dediyi kimi, hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu nəzərə alınaraq, Gürcüstanla Azərbaycan enerji təhlükəsizliyi məsələsində də bir cəbhədən hərəkət etməyə davam etməli, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin etməlidirlər.

DİGƏR Xəbərlər Arxiv