YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Orucov: Bu səfər iki ölkə arasında dostluq münasibətlərinə yeni təkandır

Ötən illər ərzində bir sıra uğurlara imza atan Azərbaycan və Gürcüstan istər regional, istərsə də qlobal məsələlərdə həmişə eyni mövqedən çıxış ediblər. Yaxın qonşumuz Gürcüstan ilə ölkəmiz arasında əlaqələr də məhz yüksək strateji tərəfdaşlıq səviyyəsinə qalxıb və gündən-günə inkişaf etməkdədir.

Bu fikirləri YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, Prezident İlham Əliyevin oktyabrın 24-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ərəfəsində Gürcüstana işgüzar səfəri bir daha təsdiq etdi ki, Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafı davamlı xarakter daşıyır.

Dövlətlərarası münasibətlərin inkişafında dövlət və hökumət başçılarının intensiv xarakter alan qarşılıqlı səfərləri mühüm rol oynayır. Ölkə Prezidentimiz cənab İlham Əliyev də qeyd edib ki, bu səfər Azərbaycan-Gürcüstan dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək.

YAP Gəncə şəhər təşkilatının sədri vurğulayıb ki, bir-birinə dəstək verən hər iki müstəqil ölkə beynəlxalq arenada bir çox məsələlərdə eyni mövqedən çıxış edirlər. Bu da hər iki ölkənin beynəlxalq arenadakı mövqelərinin möhkəmlənməsinə xidmət edir.

Ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verən səfər zamanı hər iki ölkə rəhbərlərinin mətbuata bəyanatları da onu nümayiş etdirdi ki, Azərbaycanın Gürcüstanla ikitərəfli əlaqələri yeni bir mərhələyə qədəm qoyub.

Hər iki ölkə arasında ildən-ilə möhkəmlənən bu əlaqələrin daha da inkişaf etməsi üçün böyük layihələr həyata keçirilir. Bir çox önəmli layihə təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Hazırda istismarda olmayan Bakı-Supsa neft kəməri də istifadəyə hazırlanır. Bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verən bu layihələr bölgədə sülhə və sabitliyə xidmət edəcək - deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.

DİGƏR Xəbərlər Arxiv