YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Azərbaycan investisiyaları təşviq edən ilk ölkələrdən biri kimi imzalanan müqavilələrdə təsbit edilən öhdəliklərinə sadiqdir

Azərbaycan Avropa İttifaqına (Aİ) üzv ölkələrlə investisiyalar sahəsində əməkdaşlıq edir. Azərbaycan investisiyaları təşviq edən ilk ölkələrdən biri kimi bu xüsusda imzalanan müqavilələrdə təsbit edilən öhdəliklərinə daim sadiqdir.

Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Aİ-yə üzv ölkələrinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə səsləndirib.

Nazir Ceyhun Bayramov iqtisadi sahədə, xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, enerji təminatının diversifikasiyasında Azərbaycanın rolundan bəhs edib. Bu xüsusda, 2022-ci il iyulun 18-də Aİ-yə qaz nəqlinin iki dəfə artırılması, o cümlədən alternativ enerji mənbələrinin inkişafında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti vurğulanıb. İşğaldan azad olunmuş ərazilərdə geniş enerji potensialının mövcudluğu və bu potensialdan səmərəli istifadə üçün Azərbaycan tərəfindən bir sıra layihələrin həyata keçirildiyi vurğulanıb.

Görüşdə, həmçinin Ceyhun Bayramov Azərbaycan və Aİ arasında mövcud ticarət dövriyyəsinin məmnunluq doğurduğunu, habelə dövriyyənin daha da artırılması üçün imkanların mövcud olduğunu ifadə edib.

Nazir Azərbaycanın Şərq-Qərb Dəhlizində tutduğu yerin, o cümlədən bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib. Bu xüsusda, bölgədə kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin işə salınması istiqamətində Azərbaycan tərəfindən atılan addımların Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşdiyi diqqətə çatdırılıb.

DİGƏR Xəbərlər Arxiv