YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP nümayəndələri tarixi “Torpaq Qala” və “Allah-Allah” türbəsində olublar

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Milli Məclisin deputatı Fatma Yıldırım, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Elmar Məmmədov, YAP Bərdə rayon təşkilatının sədri  Fəqət Şadlinskaya və bir qrup partiya fəalı Bərdədə “Torpaq Qala” və “Allah-Allah” türbəsində olublar.

Burada qonaqlara Bərdənin tarixi və adı çəkilən tarixi abidələr barədə məlumat verilib. Qeyd edilib ki, “Torpaq Qala” IV əsrə, “Allah-Allah” türbəsi isə XIV əsrə aid tarixi abidələrdir.