YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbrayılda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl şəhərinə səfəri zamanı qeyd edib ki, yaşadığımız şanlı tarix bizim Türkiyə dövləti ilə müştərək tariximizdir və 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək vermişdir. Bildirilib ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. O da vurğulanıb ki, bu siyasi və mənəvi dəstək İkinci Qarabağ müharibəsinin son gününə qədər davam etmişdir. 

1993-cü ildə işğalçı Ermənistan ordusu  tərəfindən Cəbrayıl şəhəri işğal edilmişdir. Lakin, Rəşadətli Azərbaycan Ordusu II Qarabağ müharibəsində “Dəmir yumruq” əməliyyatı ilə müharibənin ilk günlərində Füzuli-Cəbrayıl istiqamətində əks hücuma keçərək düşmənə ağır zərbələr endirdi. Füzuli rayonun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonu-nun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. Oktyabrın 4-də 2020-ci ildə ordumuz Cəbrayıl şəhərini işğaldan azad etdi.

Bu gün bərpa olunan Qarabağda və Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır və bütün bu görülən işlərdə də Türkiyə-Azərbaycan birliyi özünü göstərir. İşğaldan azad edilən ərazilərimizdə inşaat, yol çəkilişləri görülür. Bütün bu işlərdə zəngin təcrübəsi olan Türkiyə şirkətləri  Azərbaycanla  birgə işlər aparır. Türkiyə şirkətləri qısa zaman ərzində böyük işlər görüb. Avtomabil və dəmir yollarının, həmçinin 33 tunelin inşası nəzərdə tutulub ki, bu tunellərin ümümi uzunluğu  50 kiliometrdən çoxdur. Burada 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Qarabağ və Şərqi Zəngəzuru bərpa etmək üçün daha böyük işlər irəlidədir.

Qeyd edim ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları 2021-ci il 7 iyulda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılıb. Cəbrayıl rayonu həmin iqtisadi rayonlara aiddir.

Danılmaz faktdır ki, işğal dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi dağıtmışlar. Bu dağıntılar Birinci Qarabağ müharibəsində yox, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir və yalnız indi dağıdılmış binalar qalıb. Mənfur düşmənin bunu etməkdə məqsədi ondan ibarətdir ki, azərbaycanlılar heç vaxt bu yerlərə qayıtmasınlar.

Azərbaycan dövləti  qaçqınların dədə baba yurdlarına qayıtması üçün əlindən gələni edir. Bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizə yaxından köməklik göstərir. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. İkinci Qarabağ müharibəsi və müharibədən sonrakı dövr bu birliyi daha da gücləndirdi. İki qardaş ölkə arasında 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsi imzalandı. Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasını təmin edir. Eyni zamanda  regionda sülhün və sabitliyin bərpa edilməsini təmin etmək üçün Türkiyə və Azərbaycan bütün sahələrdə müttəfiq oldu.

İkinci Qarabağ müharibəsindən sonra da Türkiyə-Azərbaycan qardaşlığı,  daha da inkişaf etməkdədir. Bu birlik iki qardaş dövlətin bütün sahələr üzrə inkişafına müsbət təsir edir.