YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə şahmat turniri keçirilib

Tərtərdə Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illik yubileyinə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat turniri keçirilib.

YAP Tərtər rayon təşkilatının, Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər rayon sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər RİH başçısı Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Emin Quliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi şərəfli yoldan və gələcək hədəflərindən danışıblar. 30 illik inkişaf yolu keçən Cənubi Qafqazın güclü partiyası olan YAP-ın ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək böyük uğurlar əldə etdiyini qeyd ediblər.

Çıxışlardan sonra yarışa start verilib.

DİGƏR Xəbərlər Arxiv