YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftçalada partiya veteranının 65 illik yubileyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatının veteranı, uzun illər Vidadi Həmidov adına şəhər 3 saylı körpələr evi-uşaq bağçasında müəllim kimi fəaliyyət göstərən Cəmilə İsgəndərovanın 65 illik yubileyi qeyd olunub.

Bu münasibətlə təşkil olunan tədbirdə YAP Neftçala rayon təşkilatının sədr müavini Vüqar Dadaşov və təşkilat nümayəndələri, partiya üzvləri iştirak ediblər.

YAP Neftçala rayon təşkilatının sədr müavini yubilyarı doğum günü münasibətilə təbrik edərək ona möhkəm can sağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Bağça direktoru Çinarə Qardaşova və digər çıxış edənlər Cəmilə İsgəndərovanın həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verərək, öz xoş arzularını çatdırıblar.

Göstərilən diqqətə və ünvanına deyilən xoş sözlərə görə təşəkkürünü bildirən yubilyar Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduğunu ifadə edib.

Sonda Cəmilə İsgəndərova YAP Neftçala rayon təşkilatının fəxri fərmanı ilə təltif edilib və ona hədiyyələr təqdim olunub.