YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə şəhidin xatirəsi anılıb

Lerik rayonunda Vətən müharibəsi şəhidi Ağacəfərli Ağamid Şirzaid oğlunun anım  mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, partiya fəalları şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, şəhid Ağamid Ağacəfərli  1995-ci il yanvarın 23-də Lerik şəhərində anadan olub. 2020-ci il oktyabrın 26-da Qubadlı istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhilik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.