YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan nümayəndə heyəti Nyu-Yorkda keçirilən Türk Günü yürüşündə iştirak edib

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində ənənəvi Türk Günü yürüşü keçirilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) katibliyindən verilən məlumata görə, TDƏŞ-in baş katibi Ramil Həsənov, Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Halit Çevik və bu ölkənin Nyu-Yorkdakı baş konsulu Ertan Yalçın, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan nümayəndələr yürüşə qatılıblar.

Tədbirdə Azərbaycan Nyu-York Assosiasiyasının üzvləri də iştirak ediblər. Yürüşdə iştirakçı tərəflərin, o cümlədən TDƏŞ-in bayrağı dalğalandırılıb, birlik, sülh və sabitlik çağırışları edilib.

 

DİGƏR Xəbərlər Arxiv