YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP nümayəndələri şəhid Xudayar Yusifzadənin ailəsini ziyarət ediblər

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin şəhadətinin ikinci ildönümündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili, İdarə Heyətinin üzvü Asif Əsgərli, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Elmar Məmmədov, Milli Məclisin deputatı Fatma Yıldırım və bir qrup partiya fəalı Bərdə şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, şəhid Xudayar Yusifzadənin ev muzeyinə baş çəkib, ailəsi ilə görüşüblər.

Görüş zamanı şəhid Xudayar Yusifzadənin döyüş yolu, igidliyi xatırlanıb, indi “Xudayar təsnifi” adlandırılan mahnının təkcə cəbhə yoldaşlarının deyil, bütün xalqımızın Vətən sevgisini artırdığından danışılıb.

Ziyarətçilər şəhidlərimizin hər birinin xalqımızın qəlbində əbədi yer tutduğunu qeyd edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun torpaqlarımızın işğaldan azad edərək qazandığı böyük Qələbədən danışıblar.

Şəhid Xudayarın anası Radə Qurbanova Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğıdan məmnunluqlarını ifadə ediblər.