YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı “A.M.Şərifzadə küç.762” ünvanı üzrə ərazi partiya təşkilatında partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının məsul əməkdaşları, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Azər İsmayılov, “A.M.Şərifzadə küç.762” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Telman İbadov və ərazi partiya təşkilatının nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Azər İsmayılov bildirib ki, öz şərəfli tarixi missiyasını ləyaqətlə yerinə yetirən Yeni Azərbaycan Partiyasının bütün situasiya və məqamlarda ardıcıl, məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib.

“A.M.Şərifzadə küç.762” (Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Publik Hüquqi Şəxs) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Telman İbadov qeyd edib ki, sözlə əməl birliyi, partiya üzvlərinin ulu öndər Heydər Əliyev ideyalarına və onun layiqli davamçısı olan Azərbaycan Respublikasının  Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə sədaqəti YAP-ın ölkədə nüfuzunu daha da artırıb, ümumilikdə, bölgənin aparıcı təşkilatı kimi mövqeyini möhkəmləndirib.

Ərazi partiya təşkilatının nümayəndələri Aynur Hümbətova, Sahib Hüseynov və Cəmilə Hüseynova Yeni Azərbaycan Partiyasının keçdiyi 30 illik şərəfli tarixi yolun əbədiliyindən bəhs ediblər.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Yeni Azərbaycan Partiyasının 30 illik tarixi müstəqil Azərbaycanın yeni tarixini əks etdirir. Partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfəsini əsirgəməyib. Yeni Azərbaycan Partiyasının 30-cu ildönümü ərəfəsində dünyaşöhrətli siyasi xadim, müdrik rəhbər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafı, tərəqqisi bir daha göz önündən keçir, Ulu Öndərin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri hörmətlə, ehtiramla anılır. Bu gün Yeni Azərbaycan Partiyası Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin uğurla həyata keçirdiyi islahatların gerçəkliyə çevrilməsində, ölkəmizin qüdrətinin artırılmasında yaxından iştirak edir, ölkəmizin siyasi palitrasına yeni baxışlar gətirir.

Tədbirinin sonunda bir qrup fəal gənc fəxri fərmanlarla təltif edilib.