YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Rəcəb Tayyib Ərdoğan: Şuşada Türkiyənin baş konsulluğu açılacaq

Mənə görə, bir il içərisində kommunikasiya işlərinin də başa çatdığı vaxtdan etibarən Şuşaya gediş-gəliş daha da asanlaşacaq. Prezident İlham Əliyev qarşıdakı il buraya çox böyük məbləğdə vəsait ayıracaqlarını söylədi. Bizim podratçı türk şirkətlər də “əgər planlar həyata keçərsə, bu işləri 1-1,5 ildə başa çatdırarıq”, - deyirlər.

Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərdən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində ifadə edib.

Gündəlikdə duran digər məsələlər, o cümlədən Türk Dövlətləri Təşkilatının perspektivləri, qarşıda duran digər məsələlər və s. barədə fikir və düşüncələrini bölüşən Türkiyənin dövlət başçısı Azərbaycanın işğaldan azad olunan ərazilərdəki fundamental tikinti-quruculuq işlərinə yüksək dəyər verərək, avtomobil yolları ilə bərabər, dəmir yolu layihələrinin də olduğunu xatırladaraq deyib: “Tezlikə bu layihələr başa çatdırılacaq. Ondan sonra Şuşanın daha rahat yolu açılmış olacaq. Bununla da istər yerli, istərsə də xarici turistlərin səfərləri ilə bu ərazilərdə həyat başlayacaq. Şuşa bu sahədə Azərbaycanda ən cəlbedici məkandır. Əminəm ki, Prezident İlham Əliyevin tapşırığı ilə burada yeni obyektlər tikiləcək və Şuşa daha da cazibəli məkan çevirəcək. Çünki bu məsələdə atılması vacib olan addımlar var. Həqiqətən də, Prezident İlham Əliyev bu məsələdə çox israrlıdır. Qısa zamanda inşa edilən binalarla bu ərazilərə həyat gəlib. Şuşada tikiləcək otellər isə oranı bir cazibə mərkəzinə, cəlbedici yurda çevirəcək. Biz də Şuşada baş konsulluq açacağıq”.