YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı-2015”in yeni bilet satışı məntəqəsi istifadəyə verilib

Mayın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı-2015” birinci Avropa Oyunlarının yeni bilet satışı məntəqəsi istifadəyə verilib.

İyunun 12-də start götürəcək ilk Avropa Oyunlarına maraq böyük olduğu üçün son həftələrdə biletlərə tələbat da xeyli artıb.

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) tamaşaçılara biletləri yalnız Oyunların veb-səhifəsindən və ya paytaxtın müxtəlif yerlərində quraşdırılmış 12 rəsmi bilet satışı məntəqəsindən almağı tövsiyə edir.

BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bilet satışı ilə bağlı deyib: “Əsas məqsədimiz ilk Avropa Oyunlarına gələn hər kəsin buradan xoş təəssüratlarla ayrılmasını təmin etməkdir. Buna görə də biz bilet alan hər kəsə belə bir mesajla müraciət edirik ki, biletlərini yalnız Bakıdakı rəsmi bilet satış məntəqələrindən, yaxud “baku2015.com” veb-səhifəmiz vasitəsilə alsınlar”.

Tofiq Bəhramov adına Respublika stadionundakı yeni bilet satış məntəqəsi Bakıda açılan 12-ci mərkəzdir. Məntəqə həftənin yeddi günü saat 11:00-dan 21:00-dək fəaliyyət göstərəcək.

Bilet satış məntəqələrinin yerləri, arenalara gediş-gəliş haqqında ətraflı məlumat da daxil olmaqla, Avropa Oyunları ilə əlaqədar istənilən məsələ barədə informasiyanı Tamaşaçı Məlumat Mərkəzinin 2015 nömrəsindən, yaxud “Bakı-2015” veb-səhifəsindən almaq olar.