YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qətiyyətli siyasət diplomatik uğurlarımızı təmin edir

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev bir daha Azərbaycan həqiqətlərini gündəmə gətirərək Azərbaycan-Ermənistan münasibətlərinin mövcud vəziyyəti, eləcə də Praqada keçirilmiş dördtərəfli görüş haqqında geniş məlumat verdi. Ölkə başçısı bildirdi ki, ATƏT-in Minsk qrupu 28 il heç bir fəaliyyətlə məşğul olmamış, münaqişənin dondurulması naminə imitasiya xarakterli görüşlər keçirmişdir. Münaqişənin sülh yolu ilə həll olunması üçün uzun illər səbr və təmkin nümayiş etdirən Azərbaycan xalqı 2020-ci ildə sübut etdi ki, işağlla barışmayıb. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə münaqişənin həllinə nail oldu. Azərbaycan beynəlxalq hüquq müstəvisində tanınan öz ərazi bütövlüyü və suverenliyini təmin etməklə bərabər beynəlxalq ədaləti də bərpa etdi. Belə ki, BMT tərəfindən qəbul edilmiş 4 qətnamə ancaq kağız üzərində qalmışdı.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, münaqişənin bitməsinə baxmayaraq Ermənistan hələ də təxribatlara meyillidir və mütəmadi olaraq hərbi təxribatlara cəhdlər edir. Sonuncu dəfə belə bir genişmiqyaslı təxribat cəhdi sentyabr ayının ortalarında baş vermiş, Azərbaycan Ordusu isə bu təxribatların qarşısını almaq məcburiyyətində qalmışdır. Bütün bu təxribat cəhdləri isə sübut edir ki, Ermənistan Azərbaycana qarşı terror siyasətindən əl çəkmək istəmir. Ermənistanın Azərbaycan ərazilərində basdırdığı bir milyondan artıq mina da bu deyilənləri sübut edir. 2020-ci ildəki Vətən müharibəsindən sonra da Ermənistan müharibə cinayətləri törədərək Laçın rayonuna sərhəd ərazilərdə 2021-ci il istehsalı olan minalar basdırmışdır ki, həmin minalardan 1400-ü aşkarlanmışdır.

Ölkə başçısı həmçinin Praqa görüşlərinə diqqət çəkərək Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunduğunu bildirdi. Missiyanın məqsədi tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Həmin missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasında yerləşəcək. Məlum dördtərəfli görüşdə Fransa Prezidentinin iştirakına münasibət bildirərkən Prezident İlham Əliyev vurğuladı ki, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. Fransa zamanında Minsk qrupunun həmsədri olaraq vasitəçilik missiyasında olub, lakin artıq Minsk qrupuna ehtiyac qalmadığı üçün Fransa da bu münasibətlərin tənzimlənməsində vasitəçi ola bilməz. Azərbaycan  tərəfinin xoş məramına baxmayaraq, görüşdən sonra Fransa Prezidentinin həqiqətə uyğun olmayan formada, “Azərbaycan dəhşətli müharibə törətdib” deyə, açıqlama verməsi əsla qəbul edilməzdir. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və heç bir ölkənin ərazisində girməyib. Fransa Vətən müharibəsi dövründə də belə əsassız mövqelərdən çıxış etmiş, Fransa Senatı və aşağı palata qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul etmişdi. Bütün bunlar isə Fransanın işğalçıya dəstək verməsinin göstəricilərdir.

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında 2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə qəbul edilən üçtərəfli Bəyanatın şərtlərinə Ermənistan tərəfindən tam formada əməl edilmədiyini diqqətə çatdırdı. Ermənistan Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etməli və Azərbaycan ərazisindən silahlı qüvvələrini tamamilə çıxarmalıdır. Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında  Prezident İlham Əliyev bəyan etdi ki, 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməzsə, Azərbaycanın adekvat tədbir görməkdən başqa seçimi qalmayacaq.