YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti rəsmi səfəri, iki ölkə prezidentinin Zəngilan Beynəlxalq Hava Limanının və Zəngilan “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında,  Cəbrayıl rayonunda Qumlaq dəmir yolu stansiyasının və  Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməl qoyma mərasimində birgə iştirakı, mətbuata birgə bəyanatları Azərbaycan Türkiyə münasibətlərinin növbəti inkişaf mərhələsinə qədəm qoymasının göstəricisidir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi 2020-ci ildə Azərbaycan torpaqlarını işğaldan azad etməyə başlayarkən ilk gündən Türkiyə Azərbaycanın yanında oldu, Azərbaycanın haqq mövqeyini tam dəstəklədiyini açıq bəyan etdi. Bu dəstək bir sıra dövlətlərin keçmiş münaqişəyə müdaxilə cəhdlərinin qarşısının alınmasına, Azərbaycanın başlatdığı müqəddəs işin uğurla baş çatdırılmasına mühüm töhfələr verdi. Azərbaycan xalqı Türkiyənin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu dost və qardaş dəstəyini heç zaman unutmayacaq.

Artıq Azərbaycan Türkiyə strateji müttəfiqdirlər, bu il Prezident İlham Əliyev Türkiyədə Rizə Hava Limanın açılışında iştirak etmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana öz dəstəyinin ifadə edərək Füzuli və Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etdi.

Bu görüş və səfərlər həm də Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının sarsılmaz və əbədi olmasından xəbər verir. Bu gün qardaş Türkiyə şirkətləri Qarabağın bərpasında fəal iştirak edir, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına mühüm töhfələr verirlər. 

Bu səfər və görüşlər həm də Ermənistana eləcə də, bütövlükdə bütün dünya ölkələrinə mesajdır. Azərbaycan işğaldan azad etdiyi əraziləri sürətlə bərpa edir, yeni kənd və qəsəbələr salır. Azərbaycan heç zaman yenidən bu torpaqların işğalına imkan verməyəcək, ən kiçik təxribatlarının qarşısını belə qətiyyətlə alınacaq. Ermənistan və havadarları bunu birdəfəlik anlamalıdırlar.

Görüş həm də hər iki ölkə rəhbərinin mühüm bəyanatları ilə yadda qaldı. Türkiyə hər zaman Azərbaycanın yanındadır. İkitərəfli əlaqələrin növbəti illərdə də yüksək inkişafının təmin olunması üçün bütün addımlar atılacaq.

Yaşasın Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı!