YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının “Tofiq Abbasov küçəsi, 71” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Bu münasibətlə keçirilmiş təsis iclasında YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, 15 saylı Uşaq Musiqi Məktəbinin direktoru Sevil Ələkbərova, partiya üzvlərindən Aytac Əliyeva, Günel Hüseynzadə, Arzu Abbasova və digərləri çıxış ediblər.

Bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olub. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirib ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Sevil Ələkbərova yekdilliklə “Tofiq Abbasov küçəsi, 71” ərazi partiya təşkilatının sədri, Babək Osmanov isə sədr müavini seçilib.

Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər.

Sonda bir qrup şəxsin partiyaya üzv olmaq üçün etdikləri müraciətlərə baxılıb.